Şəmkirdə qanunsuz olaraq odlu silah saxlayan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BUTA.TV-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, Şəmkir rayon Şiştəpə kənd sakini, əvvəllər məhkum olunmuş Əlizadə Hacıyev saxlanılaraq Polis Şöbəsinə gətirilib.
Bildirilib ki, onun üzərinə baxış keçirilən zaman 1 ədəd, atəşə yararlı, “Makarov” konstruksiyalı tapança, həmin silaha aid 7 ədəd atəşə yararlı 9 mm-lik patron və 1 ədəd sandıqca aşkar edilərək götürülüb. Bundan başqa, polis əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən rayonun Zəyəm Cırdaxan kənd sakini Ş. Məmmədovanın yaşadığı evdən də 1 ədəd atəşə yararlı “revolyer” tipli tapança və 7 ədəd patron aşkar edilərək götürlüb.
Dindirilimə zamanı Ş.Məmmədova odlu silahın vəfat etmiş həyat yoldaşına aid olmasını bildirib. Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı