Ayfon 15 seriyasına olan tələbat Ayfon 14-dən az olacaq.
BUTA.TV xəbər verir ki, bu barədə analitik və nüfuzlu insayder Minq-Çi Kuo məlumat verib.
“Yeni seriya Ayfon 15, Ayfon 15 Plus, Ayfon 15 Pro və Ayfon 15 Pro Maksdan ibarət olacaq”, - Kuo bildirib.
Kuonun sözlərinə görə, hər dörd modeldə şarj üçün USB-C portu və ”Dynamic İsland” olacaq:
“Ayfon 15 Pro və Ayfon 15 Pro Maksın daha sürətli “A17 Bionic” prosessoru, titan çərçivəsi, səssiz düyməsi əvəzinə fərdiləşdirilə bilən düymə, displey ətrafındakı daha incə çərçivələr və Pro Maks kamerası üçün təkmilləşdirilmiş optik zum daxil olmaqla əlavə funksiyalar əldə edəcəyi gözlənilir” .
Qeyd edək ki, Əpl şirkətinin yeni Ayfon 15 modelini sentyabrda təqdim edəcəyi bildirilir.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı