Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mümkün görüş yeri Türkiyə olmaya bilər.
BUTA.TV xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov “RİA Novosti”yə açıqlamasında deyib.
"Yer müzakirə olunacaq, bu, mütləq Türkiyə deyil. Amma Ərdoğan dəvət edib. Bilirsiniz ki, prezidentin (Putin – red.) özü Sankt-Peterburqda keçirdiyi mətbuat konfransında dedi ki, indi onun ölkədə olması lazımdır. Ona görə də onun üçün səfərləri həyata keçirmək çətindir, lakin bir daha təkrar edirəm, bütün bunlar diplomatik kanallar vasitəsilə razılaşdırılacaq”, - Peskov bildirib.
Kreml sözçüsü onu da vurğulayıb ki, iki ölkə liderləri görüşün həm yerini, həm də tarixini yaxın gələcəkdə dəqiq müəyyənləşdirmək barədə razılığa gəliblər.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı