İspaniya polisi Santander sahillərində göyərtəsində iki ton kokain olan yelkənli qayığı ələ keçirib.
BUTA.TV xəbər verir ki, bu barədə Krallığın mülki qvardiyası məlumat yayıb.
Məlumata görə, gəmi Böyük Britaniya bayrağı altında üzürdü. Müsadirə edilən narkotik vasitələrin qara bazarda dəyəri 70 milyon avro məbləğində qiymətləndirilir.
Əməliyyat Böyük Britaniyanın hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilib.
Kokainin İspaniya sahillərinə Cənubi Amerikadan gətirildiyi ehtimal edilir. Yelkənli qayığın dörd ekipaj üzvü saxlanılıb.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı