Bakı və Tehran münasibətlərdəki gərginliyi azaltmaq üçün dialoqu davam etdirirlər.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Səudiyyə Ərəbistanının “Əş-Şarg əl-Avsat” qəzetinə müsahibəsində bildirib.
“Azərbaycan və İran qonşudur və bu yaxınlarda Azərbaycanın İrandakı səfirliyinə hücum və diplomatik nümayəndəliyin əməkdaşının qətlə yetirilməsi münasibətlərdə gərginliyə səbəb olub. Hazırda diplomatik kanallar cəlb olunub və İranın müvafiq rəsmiləri də Azərbaycanda səfərdədir. Bu gərginliyi azaltmaq üçün xarici işlər nazirləri səviyyəsində dialoq davam edir”, – Hacıyev əlavə edib.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı