Mövcud çağırışlar fonunda son bir neçə ildə Transxəzər beynəlxalq nəqliyyat marşrutu, xüsusilə Orta Dəhliz Avropa və Asiya arasında yükdaşımaları üçün təhlükəsiz və etibarlı marşrut kimi meydana çıxıb.
BUTA.TV xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Pekində Çin-Gürcüstan biznes forumundakı çıxışı zamanı söyləyib.
O deyib ki, Orta Dəhliz iki əsas marşrutdan ibarətdir. Bunlar Azərbaycanı qurudan Gürcüstan vasitəsilə Türkiyə ilə birləşdirən Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xətti, digəri isə Gürcüstanın Qara dəniz limanlarıdır. Bu da Avropa Birliyi ilə dəniz əlaqəsini gücləndirir.
İ.Qaribaşvilinin sözlərinə görə, bu dəhliz Şərqlə Qərbi birləşdirən ən sürətli yollardan biri kimi seçilir və bu xətt üzrə yüklərin 20-25 günə daşınmasını nəzərdə tutan dəniz yolu ilə müqayisədə xeyli vaxt üstünlüyü verir. Orta Dəhliz vasitəsilə Gürcüstan Çini Avropa ilə birləşdirir və Çin sərhədindən yüklərin Avropa Birliyi bazarına gətirilməsi 15 günə qədər vaxt aparır. Ümumilikdə, Orta Dəhlizin rəqabət qabiliyyəti həyati əhəmiyyətli Avropa bazarlarına çıxışı təmin edir.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı