Erməni lobbisinin məqsədi Türkiyə-Ermənistan münasibətlərinin qarşısını almaqdır.
BUTA.TV "TurkicWorld"a istinadən xəbər verir ki, bu barədə bu barədə AK Partiya sədr müavini və partiya sözçüsü Ömər Çelik deyib.
Çelik qeyd edib ki, “Disney” platforması erməni lobbisinin təzyiqinə məruz qalaraq “Atatürk” serialını efirə vermədən ləğv edib:
“Sözügedən platformanın bu münasibəti Türkiyə Cümhuriyyətinin və millətimizin dəyərlərinə hörmətsizlikdir. Əvvəllər də müxtəlif hallarda qeyd etdiyimiz kimi, ABŞ-dakı bu qondarma soyqırım şəbəkəsi tarixi hadisələrdən yalan siyasəti üçün alət kimi istifadə edir”.
O bildirib ki, bu şəbəkələrin fəaliyyətləri Atatürk və Türkiyə Cümhuriyyətinə zərər yetirə biləcək gücdə deyil.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı