Dünya Kuboku üçün Bakıya gələn və qaldığı oteldə susuz qalan şahmatçı Hikaru Nakamura oteli özü seçib.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat verib.
“Otel təşkilatçı tərəfindən seçilmir, şahmatçı Hikaru Nakamura özü seçib və xərclərini də özü qarşılayır. Proses hər zaman bu formada olur. Şahmatçılara 4-5 otel təklif olunur və onlar da öz büdcələrinə və zövqlərinə uyğun otel seçirlər”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, şahmatçı Hikaru Nakamura Bakıda qaldığı oteldə susuz qalmasından şikayətlənmişdi.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı