Belarus Prezidenti Aleksandr Lukaşenkonun ailə üzvləri uşaqların Ukraynadan deportasiyası ilə məşğul olub.
BUTA.TV xəbər verir ki, bu barədə “Belarusian Investigative Center” məlumat yayıb.
Məlumata görə, uşaqlar Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun tapşırığı ilə Belarusa aparılır.
Uşaqların köçürülməsi ilə Belarus dəmir yolları, bir sıra xeyriyyə fondları, o cümlədən belaruslu paralimpiyaçı Aleksey Talaya məxsus “Talay Fondu” məşğul olur. Talayın rəhbərliyi altında ukraynalı uşaqlar Belarusda ideoloji tərbiyə alırlar.
Fond uşaqların Belarusa aparılması bağlı ilə yazıb ki, proses Prezident İdman Klubunun rəhbəri, Belarus liderinin böyük oğlu Dmitri Lukaşenkonun köməyi ilə təşkil olunub.
Ukraynalı uşaqların köçürülməsində iştirak edənlərdən biri də Dmitrinin baldızı Tatyana Kulakovanın əri Vladimir Kulakovdur.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı