Xudatdakı Mərkəzi Cümə Məscidi baxımsız vəziyyətdədir.
BUTA.TV xəbər verir ki, bu barədə tanınmış jurnalist İlkin Muradov sosial şəbəkə hesabında yazıb.
Məscidin fotolarını paylaşan jurnalist bildirib ki, məscid 1993-1995-ci illərdə Küveytin İslam İrsinin Dirçəlişi Cəmiyyətinin dəstəyi ilə inşa edilib:
“2001-ci ildən bu vəziyyətdədir. Bu məscid Şeyxin (Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Allahşükür Paşazadə nəzərdə tutulur - red.) çətirinin altında olmadığı üçün sahibsiz qalıb”.
Qeyd edək ki, mövzu ilə bağlı QMİ-yə sorğu göndərilib.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı