Zəngəzur dəhlizi dərhal açılmalı və hərtərəfli sülh sazişi tezliklə həyata keçirilməlidir.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib.
Ərdoğan Zəngəzur dəhlizinin dərhal açılmasının və hərtərəfli sülh sazişinin tezliklə həyata keçirilməsinin bu proses üçün vacibliyini söyləyib.
Türkiyə-Azərbaycan ticarət həcmini 15 milyard dollara çatdırmaq üçün səylərin davam etdirilməsini deyən Ərdoğan enerji və nəqliyyat sahələrində birgə əməkdaşlığın hər iki ölkənin mənafeyinə uyğun gəldiyini bildirib.
Transxəzər və Bakı-Tiflis-Qars dəmir yolunun əhəmiyyətinə toxunan Ərdoğan bu yollardan daha səmərəli istifadənin vacibliyini qeyd edib.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı