Laçın yolunda Azərbaycan sərhədçiləri tərəfindən saxlanılan müharibə cinayətkarı, separatçı–terrorçu Vaqif Xaçatryan ailəsinə mesaj göndərmək istəməyib.
BUTA.TV xəbər verir ki, bu barədə onun qızı Vera Xaçatryan deyib.
“Mənə BQXK-nin İrəvandakı ofisində daha əvvəl baş tutan görüşdə məlumat verilib ki, atam bizə mesaj göndərmək istəməyib”, - o bildirib.
Qeyd edək ki, Xocalının Meşəli kəndində azərbaycanlıları qətlə yetirən Xaçatryana qarşı Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən cinayət açılmış və o, axtarışa verilmişdi. İyulun 29-da isə BQXK-nin vasitəçiliyi ilə xəstə adı altında İrəvana getmək istəyən Xaçatryan yaxalanaraq Bakıya gətirilib.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı