Ukrayna 2023-cü ilin birinci yarısında Qərb dövlətlərindən və beynəlxalq maliyyə təşkilatlarından 25 milyard dollardan çox maliyyə yardımı alıb.
BUTA.TV xəbər verir ki, bunu Ali Radanın büdcə komitəsinin rəhbəri Roksolana Pidlasa deyib.
Onun sözlərinə görə, bu ilin ilk altı ayında xarici maliyyə resursları dövlət büdcəsinin ümumi fonduna daxil olan bütün gəlirlərin 49,1 faizini təşkil edib.
Komitə rəhbəri bildirib ki, Ukraynanın ən böyük donoru olan Avropa Birliyi bu il Kiyevə 11,43 milyard dollar güzəştli kredit ayırıb. ABŞ isə 7,2 milyard dollar qrant vəsaiti ilə geri qaytarılmayan büdcə yardımının ən böyük donoru olaraq qalır. 2023-cü ilin əvvəlindən bəri Ukrayna büdcəsinə Beynəlxalq Valyuta Fondundan 3,59 milyard dollar, həmçinin Kanadadan 1,76 milyard dollar daxil olub.
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı
- 62 yaşlı qadın faciəvi şəkildə öldü
- Qurumlar yararsız maşınları sığortalayır - Palata
- İntensiv yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Orta Dəhlizin inkişafı üzrə mühüm sənədlər imzalandı
- Şərurda avtomobilini yandıran sərxoş sürücü saxlanıldı