Danimarka Xarici İşlər Nazirliyi (XİN) Quranın yandırılması ilə bağlı aksiyalardan sonra diplomatik münasibətləri davam etdirmək üçün böhran qərargahını işə salıb.
BUTA.TV xəbər verir ki, bu barədə idarənin açıqlamasında bildirilib.
Məlumatda xatırladılır ki, hadisədən sonra müsəlman ölkələrinin minlərlə vətəndaşı Danimarkaya qarşı çıxıb, 15 dövlət isə krallığı rəsmən pisləyib. Danimarkanın beş səfiri və müvəqqəti işlər vəkili müsəlman ölkələrinin Xarici İşlər nazirliklərinə çağırılıb və onlar Quranın yandırılması ilə bağlı vəziyyətlə əlaqədar Danimarka hakimiyyətinin hərəkətlərinə görə tənqid olunublar.
Gələn həftənin əvvəlində İslam ölkələrindən 57 xarici işlər naziri müqəddəs kitabın yandırılmasına cavab olaraq Danimarka və İsveçə qarşı tədbirləri müzakirə etmək üçün görüşəcək.
Məlumatda qeyd olunub ki, Danimarka XİN beynəlxalq reaksiyanı diqqətlə izləyir və bir sıra əsas ölkələrlə dialoq aparır. Məsələn, həftə ərzində xarici işlər naziri Lars Lökke Rasmussen İran, İraq və Türkiyənin xarici işlər nazirləri ilə danışıqlar aparıb.
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı
- 62 yaşlı qadın faciəvi şəkildə öldü
- Qurumlar yararsız maşınları sığortalayır - Palata
- İntensiv yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Orta Dəhlizin inkişafı üzrə mühüm sənədlər imzalandı
- Şərurda avtomobilini yandıran sərxoş sürücü saxlanıldı