Bakıda idman-sağlamlıq mərkəzində azyaşlı hovuzda boğularaq ölüb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunun Zahid Xəlilov küçəsində yerləşən “Meqasiti” fitness və spa mərkəzində qeydə alınıb.
Belə ki, nəzarətsiz qalan 2020-ci il təvəllüdlü G.Məmmədli hovuza yıxılıb. Nəticədə o, boğularaq ölüb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən “Report”a bildirilib ki, hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
- Xankəndidə avtobus marşrutları fəaliyyətə başlayır
- BTQ-dən dünyaya çağırış: Obyektiv qiymət verilsin!
- Bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilir
- Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı
- Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı
- Azər Qəribin oğlunun 230 min manat borcu yarandı
- Siyəzəndə mülki müdafiə təlimi keçirildi - Video
- Şagird yerdəyişməsi müvəqqəti dayandırılır