SOCAR-ın Etilen-Polietilen zavodunda yanğın zamanı xəsarət almış mexanikin səhhətində problem yoxdur, iş fəaliyyətini davam etdirir.
Bu barədə BUTA.TV-a "SOCAR Downstream Management" MMC-dən məlumat verilib.
Bildirilib ki, iyunun 13-də "Azərikimya" İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda Qaz məhsullarının qəbulu və buraxılışı sahəsində 600 kubmetrlik E3-1 hidrotəmizlənmənin ilkin emal benzini qurğusunun qoruyucu klapanının dəyişdirilməsi zamanı havayla təmas nəticəsində yanğın baş verib. Alovlanma xammal çənlərinə qalmış qalıq xammalında olub və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam olaraq söndürülüb.
Vurğulanıb ki, yanğın zamanı ərazidə çalışan və yüngül xəsarət alan mexanikə yerində ilkin tibbi yardım göstərilib, səhhətində hər hansı problem yoxdur, iş fəaliyyətini davam etdirir. "Azərikimya" İB-nin texnoloji istehsal prosesi̇ normal rejimdə çalışır.
- Bakıda IX sinif şagirdi sinif yoldaşına xəsarət yetirdi
- Fuad Nəcəfli Baş Prokurorluqda dindirildi
- Ucarda yeniyetmə qız uşaq dünyaya gətirdi
- Hüseyn yalandan toy xəbərini yaydı - VİDEO
- “İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı
- Körpə yüksək hərarətdən öldü
- Murad Arif Audiovizual Şuraya səsləndi – “Bu qədər olmaz!”
- Sabah Bakıya intensiv yağış yağacaq