Litva Baş Prokurorluğu rusiyalı aparıcılar Vladimir Solovyov, Olqa Skabeyeva və Anton Krasovskinin hərbi cinayətlərdə iştirakını araşdıracaq.
BUTA.TV xəbər verir ki, bunu Litva seyminin milli təhlükəsizlik və müdafiə komitəsinin rəhbəri Laurinas Kaşyunas deyib.
“Bu rus dövlət təbliğatçıları daim açıq şəkildə Rusiya hərbi rəhbərliyini, hərbi qulluqçularını Ukraynada qanunla qorunan şəxslərə qarşı beynəlxalq hüquqla qadağan olunmuş hərəkətlər etməyə çağırırlar. Bundan əlavə, Vladimir Solovyov digər Avropa dövlətlərinə və xalqlarına qarşı hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlər törətməyə çağırış edir”, - o bildirib.
Kaşyunas qeyd edib ki, onlar Ukraynadakı müharibə ilə bağlı insanlıq əleyhinə təbliğat aparırlar.
- Fuad Nəcəfli Baş Prokurorluqda dindirildi
- Ucarda yeniyetmə qız uşaq dünyaya gətirdi
- Hüseyn yalandan toy xəbərini yaydı - VİDEO
- “İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı
- Körpə yüksək hərarətdən öldü
- Murad Arif Audiovizual Şuraya səsləndi – “Bu qədər olmaz!”
- Sabah Bakıya intensiv yağış yağacaq
- Pensiya alanların nəzərinə!