Açıq mənbələrə görə, Rusiya-Ukrayna müharibəsində dörd rus generalı, 58 polkovnik və 176 polkovnik-leytenantın ölümü təsdiqlənib.
BUTA.TV xəbər verir ki, bu barədə “Haqqın.az” “Moksva Tayms”a istinadən məlumat yayıb.
“General-mayor Kanamat Botaşev, “dxr”in 1-ci Ordu Korpusunun komandiri general-mayor Roman Kutuzov, Rusiya Mərkəzi Hərbi Dairəsinin 41-ci Əlahiddə Ümumqoşun Ordusu komandanının müavini general-mayor Andrey Suxovetski və 8-ci Ordu komandirinin müavini general-mayor Vladimir Frolovun ölümü təsdiqlənib. Bir gün əvvəl isə Rusiyanın Teleqram kanalları Ukraynanın əks-hücum əməliyyatı zamanı Rusiyanın 35-ci birləşmiş silahlı qüvvələrinin Qərargah rəisi general-mayor Sergey Qoryaçovun öldürüldüyünü bildirib”, - məlumatda deyilir.
Qeyd olunur ki, ABŞ Müdafiə Nazirliyi Rusiya ordusunun yüksək komandanlığının itkilərini iki dəfə çox qiymətləndirir. Pentaqonun kəşfiyyat rəhbəri Skott Berriyer mayın 10-da azı 8 rus generalının öldüyünü açıqlayıb:
“Hələ ötən ilin avqustunda Böyük Britaniya müharibə zamanı Rusiya ordusunun 10 generalının həlak olduğunu bildirmişdi. Yapon kəşfiyyatının 2023-cü ilin fevralına olan məlumatına görə, Ukraynadakı müharibədə 20 rus generalı ölüb”.
- Bakıda IX sinif şagirdi sinif yoldaşına xəsarət yetirdi
- Fuad Nəcəfli Baş Prokurorluqda dindirildi
- Ucarda yeniyetmə qız uşaq dünyaya gətirdi
- Hüseyn yalandan toy xəbərini yaydı - VİDEO
- “İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı
- Körpə yüksək hərarətdən öldü
- Murad Arif Audiovizual Şuraya səsləndi – “Bu qədər olmaz!”
- Sabah Bakıya intensiv yağış yağacaq