Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov ölkənin bir qrup müstəqil iqtisadçısı ilə görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə tanınmış iqtisadçı ekspert Natiq Cəfərli məlumat yayıb.
O bildirib ki, görüşdə əsas müzakirə mövzusu inflyasiya və qiymət artımı olub. Ekspertlər qiymət artımı ilə mübarizə istiqamətində təkliflərini səsləndiriblər:
“Xahiş etdim ki, hökumətlə müzakirələrdə mütləq vergi-gömrük tarifləri məsələsini də qaldırsın, ötən gün hökumətin ƏDV və rüsum siyasəti qiymət artımına ən çox təsir edən amillərdən biridir. Bir daha təklif etdik ki, dərman və ərzaqda ƏDV-ni 18%-dən 2%-ə salsınlar, bu addım dərhal qiymətlərin enməsinə təsir edəcək.
Taleh müəllim hökumətlə görüşlərdə bu istiqamətdə müxtəlif məsələlərin müzakirə olunduğunu bildirdi”.
Qeyd edək ki, bu, MB-də ikinci belə görüşdür.
- Tanınmış aktyor və həyat yoldaşı bir-birini öldürdü
- ABŞ-da Nərimana “Ləvəngi” təklif etdilər - VİDEO
- Şagirdlər, görün, necə bufetlərdə qidalanır - Foto
- DYP yağışlı hava ilə bağlı yenə müraciət etdi
- Hakan Fidan bu fotonu şərh etdi: Qardaşdan da yaxın...
- İran ABŞ-la danışıqlardan imtina etdi - Təcili
- Bakı və İrəvan sülh sazişini Ankarada imzalayacaq?
- 98,3 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olundu