Türkiyənin “Beşiktaş” futbol klubu “Sabah”ın xeyriyyə matçı üçün sosial şəbəkə hesabındakı paylaşımına cavab verib.
BUTA.TV xəbər verir ki, İstanbul təmsilçisinin rəsmi feysbuk səhifəsi vasitəsilə etdiyi paylaşımda “Sabah”ın dəvətini qəbul etdikləri bildirilib. “Beşiktaş” “Sabah”ın türkcə paylaşımına Azərbaycan dilində cavab verib:
“Salam can qardaş. Dəvətiniz üçün çox təşəkkür edirik. Azərbaycandakı qardaşlarımızla zəlzələdən zərər görmüş insanlara yardım məqsədilə keçiriləcək matç üçün Bakıya gəlməkdən böyük sevinc hissi duyarıq”.
“Sabah” isə daha əvvəl türkcə bu sözləri paylaşmışdı: “Türkiyənin 120 illik çinarı, böyük “Beşiktaş”! Zəlzələdən əziyyət çəkənlər üçün təşkil olunacaq dostluq matçında sizi Bakıda qonaq etməkdən qürur duyarıq”.
Qeyd edək ki, Türkiyədə dəhşətli zəlzələdən zərərçəkənlərə yardım məqsədilə “Sabah”la “Beşiktaş”ın Bakıda xeyriyyə matçı keçirməsi nəzərdə tutulub. Görüşün mayın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacağı planlaşdırılıb.
- Tanınmış cərrahın qardaşına yüksək vəzifə verildi - Foto
- Sabah yağış yağacaq
- Sahildə güclü zəlzələ: Ərazidə parçalanma başladı
- Ötən həftə 20-si azyaşlı olmaqla 46 nəfər xilas edilib - FHN
- 2 milyard manatlıq layihə tendersiz bölüşdürülüb - Sədr
- Daha bir yanacaqdoldurma məntəqəsi bağlandı - Video
- Kart ödənişlərində komissiyalara limit qoyuldu
- Azad edilmiş ərazilərdə daha 191 mina, 1661 PHS aşkarlandı