Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) rəhbəri Mahmudəli Çöhrəqanlının mayın 1-də Azərbaycana planlaşdırılan səfərinin baş tutmasına bir sıra şəxslər mane olub.
Bu sözləri BUTA.TV-a Bakıda səfərdə olan GAMOH-un idarə heyətinin üzvü Ağrı Qaradağlı deyib.
Çöhrəqanlının səfərinin bir neçə ay öncədən planlaşdırıldığını deyən Qaradağlı bunun növbəti dəfə baş tutmamasına təəccübləndiyini bildirib.
“Görünür, onların hakimiyyətdə səlahiyyətlərinin olmamasına baxmayaraq, hələ də hansısa məsələlərə müdaxilə imkanlarını qoruyub saxlaya biliblər”, - Qaradağlı bildirib.
Mahmudəli Çöhrəqanlı özü açıqlamasında Bakıya səfərinin qarşısının alınmasında Ramiz Mehdiyev və Əli Həsənovun əllərinin olduğunu iddia edib.
Qeyd edək ki, M.Çöhrəqanlı Bakıya Türkiyə üzərindən, Türk hava Yolları ilə uçmaq istəyib. ABŞ-da ona bildirilib ki, Türkiyəyə girişində qadağa var, buna görə də Türkiyədən tranzit üçün Bakıdan rəsmi dəvətnaməsi olmalıdır.
- Daha bir yanacaqdoldurma məntəqəsi bağlandı - Video
- Kart ödənişlərində komissiyalara limit qoyuldu
- Azad edilmiş ərazilərdə daha 191 mina, 1661 PHS aşkarlandı
- Şahin Şıxlinski və oğluna hökm oxundu
- Pensiya alanların nəzərinə!
- Bakıda ağır qəza: “Toyota” yandı, ölən var - VİDEO
- Vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi
- “Sənətkarların hamısı Bakıda doğulub, göydən düşüb?”