Azərbaycanda müharibə veteranlarına verilən müavinətin 80 manatdan 130 manata çatdırılması təklif olunur.
BUTA.TV xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.
Onun sözlərinə görə, müharibədən sonrakı müddətdə kommunal xərclərin qiymətində müəyyən dəyişikliklər olub:
"I və II Qarabağ müharibəsinin 80 mindən çox veteranı var. Onlar da 80 manat civarında müavinət alır. Həmin məbləğin artırılması ilə bağlı müvafiq dövlət qurumları ilə danışmaq lazımdır. Heç olmasa, müavinətlərə 50-70 manat məbləğində əlavə olunsun. Müharibə veteranları üçün ayrılan müavinətlər qaza, işığa və nəqliyyata sərf olunur. Həmin müavinət təyin olunandan sonra kommunal xərclərin qiymətləri də dəyişib. Bugünkü 80 manat müavinət də həmin xərclərin ödənilməsini təmin etmir”.
- Qubada qardaş qardaşı bıçaqladı
- Türkiyə müdaxilə etməsə, Yaxın Şərq hissələrə parçalanacaq!
- Azərbaycana 90 sm qar yağdı
- Tramp saatını açıqladı: ABŞ ordusu hərəkətə keçir
- İran bunu xəyal belə etmirdi: ABŞ-ın uğursuzluqları...
- 6 il əvvəl meyiti tapılmışdı: qətlə yetirildiyi məlum oldu
- Qayınana kürəkəninin yas mərasimində öldü - Foto
- İrana hücumlar nəticəsində 278 uşaq həlak olub