İlk növbədə qeyd olunmalıdır ki, cinayətin xüsusi amansızlıqla, o cümlədən əzab və ya işgəncə verilməklə törədilməsi ağırlaşdırıcı hal hesab olunur və cəza təyin edilərkən nəzərə alınır.
Bu sözləri BUTA.TV-a açıqlamasında “Sirius” vəkil bürosunun hüquqşünası Seymur Nağıyev Sumqayıt şəhərində 1994-cü il təvəllüdlü tanınmış idmançı Mehman Xəlilovun məşq zamanı 7 yaşlı tələbəsi Fərid Bakarova qarşı təhlükəli fənd işlətməsi, daha sonra isə halsız vəziyyətdə olan uşağa zor tətbiq etməklə onun ölümünə səbəb olması barədə görüntüləri şərh edərkən deyib.
Onun sözlərinə görə, Cinayət Məcəlləsinin 113-cü maddəsi işgəncə ilə bağlıdır, lakin bu, hazırki hala şamil olunmur:
“Həmin əməl eyni zamanda CM-in 133.2.6-ci maddəsində göstərilən əmələ bənzəsə də, CM-in 126-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olduğu üçün Mehman Xəlilova qarşı 126.3-cü maddə ilə ittiham irəli sürülmüşdür.
Bu maddəylə isə o, 9 ildən 12 ilədək azadlıqdan məhrum edilə bilər”.
- Qubada qardaş qardaşı bıçaqladı
- Türkiyə müdaxilə etməsə, Yaxın Şərq hissələrə parçalanacaq!
- Azərbaycana 90 sm qar yağdı
- Tramp saatını açıqladı: ABŞ ordusu hərəkətə keçir
- İran bunu xəyal belə etmirdi: ABŞ-ın uğursuzluqları...
- 6 il əvvəl meyiti tapılmışdı: qətlə yetirildiyi məlum oldu
- Qayınana kürəkəninin yas mərasimində öldü - Foto
- İrana hücumlar nəticəsində 278 uşaq həlak olub