Ötən gündən Vaşinqtonda başlayan və həftə sonuna qədər davam edəcəyi gözlənilən Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlarda Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Ruben Rubinyan da iştirak edir.
BUTA.TV xəbər verir ki, erməni mediası bunu təsadüfi saymayıb. İddia edilir ki, bu, Türkiyənin tələbi ilə bağlıdır. Belə ki, Türkiyə Azərbaycanla münasibətlərin nizamlanmayacağı təqdirdə Ermənistan-Türkiyə əlaqələrinin normallaşması və sərhədlərin açılmasını istisna edib.
Qeyd edək ki, Ruben Rubinyanın başçılıq etdiyi nümayəndə heyəti Vaşinqtona Mirzoyandan bir gün əvvəl – aprelin 29-da gedib. R.Rubinyanın 5 maya qədər Vaşinqtonda müxtəlif səpkidə görüşlər keçirəcəyi bildirilirdi.
- Daha bir yanacaqdoldurma məntəqəsi bağlandı - Video
- Kart ödənişlərində komissiyalara limit qoyuldu
- Azad edilmiş ərazilərdə daha 191 mina, 1661 PHS aşkarlandı
- Şahin Şıxlinski və oğluna hökm oxundu
- Pensiya alanların nəzərinə!
- Bakıda ağır qəza: “Toyota” yandı, ölən var - VİDEO
- Vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi
- “Sənətkarların hamısı Bakıda doğulub, göydən düşüb?”