Bakının Xətai rayonu ərazisində ağaclıq ərazilərin şəxsi mülkiyyətə və obyekt yerlərinə verilməsi nəticəsində məhv edilən və yaxud hasarlanaraq, məhv edilmək üzrə olan yaşıllıqların görüntüləri yayılıb.
BUTA.TV xəbər verir ki, sosia şəbəkədə paylaşılan fotolarda rayon ərazisində sovet dövründən mövcud olan yaşıllıq sahələrinin məhv edilməsi mənzərəsini təsəvvür etmək mümkündür.
Bir çox yerdə ağacları “qorumaq” adı ilə onu kəsməsələr də, düz dibində tikinti aparılıb və ağaclar daş divar arasında həbs edilib, bu ağacların quruması vaxt məsələsidir; bəzi ərazilərdə isə ağaclar hasara alınıb və növbəti tikinti zamanı “yaşıl soyqırıma” məruz qalacağı qaçılmazdır.
Qeyd edək ki, ötən əsrin 70-ci illərində Bakıda aparılan irimiqyaslı yaşıllaşdırma işləri görülüb və nəticədə paytaxtda 1990-cı ilə qədər 15 min hektar yaşıllıq olub. Hazırda isə 15 min hektar yaşıllıq ərazinin 14,1 min hektarı məhv edilib, cəmi 920 hektar qalıb.
- Qubada qardaş qardaşı bıçaqladı
- Türkiyə müdaxilə etməsə, Yaxın Şərq hissələrə parçalanacaq!
- Azərbaycana 90 sm qar yağdı
- Tramp saatını açıqladı: ABŞ ordusu hərəkətə keçir
- İran bunu xəyal belə etmirdi: ABŞ-ın uğursuzluqları...
- 6 il əvvəl meyiti tapılmışdı: qətlə yetirildiyi məlum oldu
- Qayınana kürəkəninin yas mərasimində öldü - Foto
- İrana hücumlar nəticəsində 278 uşaq həlak olub