Çinin BMT-dəki nümayəndə heyəti ilk dəfə Baş Assambleyada Rusiyanın Ukraynaya qarşı müharibədə təcavüzkar adlandırıldığı qətnamənin lehinə səs verib.
BUTA.TV xəbər verir ki, səsvermənin nəticələrini Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa Tvitter hesabında dərc edib.
Qeyd edək ki, ötən gün BMT Baş Assambleyasında BMT və Avropa Şurası arasında əməkdaşlıq barədə qətnamə qəbul olunub.
Qətnamə 122 səs lehinə, 5 səs isə əleyhinə olmaqla qəbul edilib.
Qətnamənin lehinə səs verən ölkələr arasında Rusiyanın strateji müttəfiqi Ermənistan da var. Rusiya, Belarus, Suriya, Nikaraqua və Şimali Koreya qətnamənin əleyhinə səs verib.
Azərbaycan səsvermədə iştirak etməyib.
- Pensiya alanların nəzərinə!
- Bakıda ağır qəza: “Toyota” yandı, ölən var - VİDEO
- Vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi
- “Sənətkarların hamısı Bakıda doğulub, göydən düşüb?”
- “Saxta kosmetoloqlar” niyə dayandırılmır? – Estetik bazarda xaos
- Qubada qardaş qardaşı bıçaqladı
- Türkiyə müdaxilə etməsə, Yaxın Şərq hissələrə parçalanacaq!
- Azərbaycana 90 sm qar yağdı