Naftalan və Goranboy rayonunun bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Azəriqaz İstehsalat Birliyindən BUTA.TV-a verilən məlumata görə, SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” birinci xətt yüksəktəzyiqli magistral qaz kəmərinin yeni çəkilmiş hissəsinin qaznəqli sisteminə birləşdirilməsi ilə bağlı, 02.05.2023-cü il tarixində saat 09:00-dan etibarən 03.05.2023-cü il tarixində işlər başa çatanadək “Goranboy”, “Naftalan”, “Goran qəsəbəsi” və “Gilan Knauf” MMC ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Naftalan şəhərinin tam olaraq, Goranboy rayonunun isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
- Polkovnik-leytenant 42 yaşında vəfat etdi - Foto
- Xəzərdə yenə zəlzələ oldu
- Bakının bu rayonunda qaz olmayacaq
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi