Dünyaya “blokada” şəraitində yaşadıqlarını sırımaq istəyən Xankəndidəki ermənilərin toy mərasimindən fraqmentlər yayılıb.
BUTA.TV xəbər verir ki, dəbdəbəli toy mərasimində “blokadada ərzaq çatışmazlığı ilə üzləşdiyi” yalanını yayan erməni icmasının toy süfrəsində bütün naz-nemətlər olduğu, həmçinin fişənglərdən də istifadə edildiyi aydın görünür.
Bu mərasimi keçirmək imkanı olan icmanın “blokada”dan danışması, sadəcə, absurddur.
Qeyd edək ki, Azərbaycan Həkəri çayı üzərində sərhəd-keçid məntəqəsi qurduqdan sonra Qarabağın bir hissəsində məskunlaşan ermənilərin Ermənistana gedib-gəlməsində, o cümlədən humanitar yüklərin gətirilməsində heç bir problem yaşamadığı haqda görüntülər ötən gündən ictimaiyyətə təqdim edilir.
- Polkovnik-leytenant 42 yaşında vəfat etdi - Foto
- Xəzərdə yenə zəlzələ oldu
- Bakının bu rayonunda qaz olmayacaq
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi