Bəzi ölkələrdə hətta qondarma “erməni soyqırımı”nı təkzib edən şəxslər cinayət məsuliyyətinə cəlb edilir. Amma bizdə qondarma erməni soyqırımının olduğunu iddia edən şəxsə qarşı cinayət təqibi nəzərdə tutulmayıb.
Bu sözləri BUTA.TV-a açıqlamasında vəkil Seymur Nağıyev Azərbaycanda qondarma erməni soyqırımının olduğunu iddia edən şəxsə qarşı cinayət işinin qaldırıla biləcəyi haqda açıqlamasında deyib.
Onun sözlərinə görə, əgər həmin şəxs bu əməli ilə düşmənçilik fəaliyyəti aparmaqla xarici dövlətə kömək edirsə, onda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb oluna bilər:
“Bundan başqa, Cinayət Məcəlləsinin 283-cü (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsində milli ləyaqətin alçaldılmasına yönələn hərəkətlər və mediada bu cür materialı yayma hərəkətləri də məsuliyyətə səbəb olur”.
Qeyd edək ki, xüsusilə xaricdə yaşayan və erməni təbliğatının alətinə çevrilən bəzi azərbaycanlılar da qondarma erməni soyqırımının guya baş verdiyini iddia edir.
- Xəzərdə yenə zəlzələ oldu
- Bakının bu rayonunda qaz olmayacaq
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi