Bakının Xəzər rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, sürücü, 1968-ci il təvəllüdlü Azad Rəmzi oğlu Əhmədov etibarnamə əsasında idarə etdiyi “Audi A6” markalı minik avtomobili ilə Buzovna-Mərdəkan yolu ilə Mərdəkan qəsəbəsi istiqamətində hərəkətdə olarkən həmin yolun sağ kənarında dayanmış vəziyyətdə olan “Volksvagen Qolf” markalı avtomobili, ardınca isə yolun sağ kənarında dayanmış piyada - 1993-cü il təvəllüdlü Aqil Rasim oğlu Kazımovu vurub.
Piyada A.Kazımov hadisə yerində ölüb, “Volksvagen Qolf”un sürücüsü 1970-ci il təvəllüdlü Vüqar Tofiq oğlu Kərimov isə qapalı kəllə-beyin travması diaqnozu ilə Sabunçu tibb mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Xəzər RPİ-nin İŞ-də cinayət işi başlanıb.
- Xəzərdə yenə zəlzələ oldu
- Bakının bu rayonunda qaz olmayacaq
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi