Özbəkistan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumda səsvermə bu gün yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 19:00) bütün respublika üzrə başa çatıb.
BUTA.TV xəbər verir ki, bu barədə Özbəkistan mətbuatı məlumat yayıb.
Ümumilikdə Özbəkistanda saat 8:00-dan 20:00-a qədər (Bakı vaxtı ilə saat 7:00-dan 19:00-a qədər) 10,7 mindən çox seçki məntəqəsi açılıb. Bundan əlavə, Özbəkistanın 39 xarici ölkədəki diplomatik və digər nümayəndəliklərində 55 seçki məntəqəsi yaradılıb. Özbəkistan Mərkəzi Seçki Komissiyasının açıqladığı son məlumata görə, saat 17:00-a (Bakı vaxtı ilə 16:00) referendumda seçici fəallığı 81,39% təşkil edib.
- Xəzərdə yenə zəlzələ oldu
- Bakının bu rayonunda qaz olmayacaq
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi