“Vaqner”in rəhbəri Yevgeni Priqojin Müdafiə Nazirliyini sursatla təminat problemini həll etməsə, Baxmutdakı mövqelərini tərk etməklə hədələdikdən sonra Rusiya komandanlığı çoxsaylı özəl hərbi şirkətlərə nəzarət etməyə çalışır.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov deyib.
Onun sözlərinə görə, Rusiya Baş Qərargahının tam tabeliyində olacaq yeni hərbi şirkətlər yaradılır:
“Ruslar bütün bu yarımhərbi birləşmələrə rəhbərlik edəcək müəyyən bir əsas təşkilat yaratmağa çalışırlar, çünki onların arasında birlik yoxdur”.
- Xəzərdə yenə zəlzələ oldu
- Bakının bu rayonunda qaz olmayacaq
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi