İranın sənaye, mədən və ticarət naziri Rza Fatimi Əmini parlamentdə çatışmazlıqlar, avtomobil qiymətlərinin və sənaye istehsalı xərclərinin artması ilə bağlı impiçment araşdırması çərçivəsində parlamentə çağırılıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, nazir parlamentin açıq iclasında iştirak edib və nazirliyin fəaliyyətindən və sənayenin zəif idarə olunmasından şikayətlənən deputatların suallarını cavablandırıb.
İclasın sonunda nazirin istefaya göndərilməsi ilə bağlı səsvermənin keçiriləcəyi planlaşdırılır.
Naziri müdafiə etmək üçün Prezidenti İbrahim Rəisi də parlamentin iclasında iştirak edir.
Qeyd edək ki, Təbrizin İran parlamentindəki nümayəndəsi Əhməd Əlirzabeygi nazirin impiçmentin qarşısını almaq üçün millət vəkillərinə bahalı və lüks avtomobillər verdiyini açıqlamışdı.
- Xəzərdə yenə zəlzələ oldu
- Bakının bu rayonunda qaz olmayacaq
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi