Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki millət vəkili Əhməd Əlirzabeygi İran Baş Prokurorluğuna çağırılıb.
BUTA.TV xəbər verir ki, bu barədə millət vəkili Tvitter hesabında paylaşım edib.
"Saat 10:30-da Baş Prokurorluqda, 12:30-da isə Millət Vəkillərinin Fəaliyyətinə Nəzarət Şurasında olmalıyam. Bilirəm, haqq və ədalət yolu çətin və məşəqqətlidir", - Əhməd Əlirzabeygi yazıb.
Qeyd edək ki, millət vəkilinin adıçəkilən qurumlara çağırılması onun İranın sənaye, mədən və ticarət naziri Seyid Əmin Fatiminin impiçment olunmamaq üçün parlament üzvlərinə rüşvət verməsi barədə açıqlamaları ilə bağlıdır.
Ə.Əlirzabeygi nazirin millət vəkillərinə rüşvət kimi 75 lüks avtomobil verdiyini bildirib.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı