ABŞ Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların və partlamamış hərbi sursatların mülki vətəndaşların ölümünə və yaralanmasına səbəb olmasından, həmçinin iqtisadi inkişafa və keçmiş köçkünlərin doğma torpaqlarına təhlükəsiz qayıtmasına mane olmaqda davam etməsindən narahatdır.
Bu barədə BUTA.TV-a ABŞ-ın Azərbaycandakı Səfirliyindən bildirilib.
“Aprelin 28-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə əməkdaşlıq edən 3 nəfərin, o cümlədən mina partlayışları nəticəsində həlak olan və yaralanan digər azərbaycanlıların ailələrinə və yaxınlarına başsağlığı veririk. Biz ANAMA ilə sıx əməkdaşlıq edirik və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların və partlamamış hərbi sursatların mülki vətəndaşların ölümünə və yaralanmasına səbəb olmasından, həmçinin iqtisadi inkişafa və keçmiş köçkünlərin doğma torpaqlarına təhlükəsiz qayıtmasına mane olmaqda davam etməsindən narahatıq. Dövlət katibinin vurğuladığı kimi, ABŞ sülh danışıqlarının aparılmasına və bütün regionda sülhün təmin edilməsinə tərəfdardır”, - deyə səfirliyin sözçüsü bildirib.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı