Azərbaycan millisinin sabiq futbolçusu Araz Abdullayev növbəti dəfə qalmaqalla gündəmə gəlib.
BUTA.TV xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə 31 yaşlı futbolçunun Kənan adlı gənci təhqir edərək, vurduğu əks olunub.
Hadisə Ağ Şəhər ərazisində baş verib. Abdullayevin vurduğu gəncin təkər qaraltmaqla məşğul olduğu bildirilib.
Görüntülər sosial şəbəkə istifadəçiləri arasında kəskin tənqid ounub. Bir müddət sonra futbolçu yenidən paylaşım edərək, insanların reaksiyasının doğru olduğunu bildirib və o, Kənandan üzr istəyib.
O, gəncə Azərbaycan millisində çıxış edərkən geyindiyi formanı hədiyyə edib.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı