Danimarkada islamofob və ultramillətçi “Patrioterne Gar Live” adlı qrupun üzvlərindən biri Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında yenidən Türkiyə bayrağı və Qurani-Kərimə hücum edib.
BUTA.TV xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Məlumata əsasən, İslam əleyhinə pankartlar açan, təhqiredici şüarlar səsləndirən, Türkiyə bayrağına hörmətsizliklə edən həmin şəxs bu anları Tvitter hesabında canlı olaraq paylaşıb.
Türkiyədə prezident və 28-ci parlament seçkiləri çərçivəsində ötən gün Danimarkada səsvermə prosesi başlayarkən, səs vermək üçün səfirliyə gələn türk seçicilər bu təxribata sərt reaksiya verib. Türkiyə vətəndaşlarından biri ölkəsinin bayrağını yerdən qaldırarkən Danimarka polisinin müdaxiləsi ilə qarşılaşıb. Belə ki, polis Türkiyə vətəndaşlarına “təxribata qarışmamaq” xəbərdarlığı edərkən, qrup üzvü təxribatına davam edib.
Baş verən hadisədən sonra Türkiyənin xəbərdarlıqları və gözləntiləri Danimarkanın aidiyyəti qurumlarına çatdırılıb.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı