Rusiyada dövlətə xəyanət maddəsi üzrə ittiham olunan şəxslərə ömürlük həbs cəzası tətbiq ediləcək.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin qanun imzalayıb.
Qanuna əsasən, dövlətə xəyanət maddəsi ilə təqsirləndirilən şəxslər barəsində ömürlük həbs cəzası nəzərdə tutulur. Əvvəllər bu maddə ilə təqsirli bilinən şəxslər 20 il müddətinə azadlıqdan məhrum edilirdi. Bundan əlavə, terror aktı törədən şəxsləri 15 ildən 20 ilədək həbs cəzası gözləyir.
Yeni qanunda, həmçinin terrorçuluğa cəlb etməyə görə 5 ildən 7 ilədək, terrorçuluğa havadarlığa görə isə minimum 12 il həbs cəzası nəzərdə tutulub.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı