Ermənistanın “məxməri xəyalları” heç nəyə gətirib çıxarmadı, Qərb Azərbaycanın tərəfindədir.
BUTA.TV xəbər verir ki, bunu Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan deyib.
“Biz uçuruma gedirik, təşviq etdiyimiz sülh gündəliyi iflasa uğradı. Azərbaycanın BMT-dəki nümayəndəsi artıq bəyan edib ki, Ermənistan 8 kəndi təslim etməli və işğal illərinin əvəzini ödəməlidir”, - o bildirib. Xaçikyan iddia edib ki, Bakının növbəti planı Zəngəzurdur:
“Azərbaycan bunun üçün zəmin də hazırlayıb. Belə ki, İrəvan Üçtərəfli bəyanatda dəhliz verməyi öhdəsinə götürüb, indi isə bunu etmir. Ona görə də Ermənistan xərcləri ödəməlidir, əks təqdirdə Azərbaycan Ordusu işğal illərini kompensasiya etmək üçün Zəngəzura daxil olacaq. Qərbə gəlincə isə bu gün Qərb açıq-aydın Azərbaycanın tərəfində çıxış edir”.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı