Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə parlamentinə yerli istehsallı “Togg” avtomobili ilə gedib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop Türk Dövlətləri Parlament Assembleyasının nümayəndələrini parlamentə “Togg”la aparıb.
S.Qafarova avtomobildən razılığını ifadə edib:
“Çox gözəl, çox rahatdır. Prezident İlham Əliyevə də hədiyyə verilib. İnşallah, bu maşınlar Azərbaycanda da olacaq”.
M.Şəntop isə vurğulayıb ki, “Togg” yaxın gələcəkdə hər yerdə olacaq: “Hər yerdə, o cümlədən Türk dövlətləri başda olmaqla, bütün dost və qardaş ölkələrdə ən qısa zamanda “Togg”dan istifadə olunacaq”.
Qeyd edək ki, “Togg” elektrikli avtomobillərinin seriya istehsalına 2022-ci ilin oktyabrın 29-da Bursanın Gemlikdəki müəssisəsində başlanılıb. Bu ilin mart ayında avtomobil satışa çıxarılıb.
2023-cü ilin sonuna qədər 20 minə yaxın avtomobil istehsal olunacaq. İstehsalçı 2030-cu ilədək 1 milyon avtomobil tədarük etməyi qarşıya məqsəd qoyub.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı