Kiçik Qaladərəsi istiqamətində neytral zonada qalmış 1686 və 1516 metr yüksəkliklərinin nəzarətə götürülməsi ilə Qubadlı-Laçın yolunun təhlükəsizliyi təmin olundu.
BUTA.TV xəbər verir ki, bu sözlər “Caucasian Live” Teleqram kanalı ötən gün Ordumuzun sözügedən yüksəklikləri nəzarətə götürməsi haqda qeyd edib.
Ordumuzun bununla Qarabağdakı separatçılığın mərkəzi rolunu oynayan Böyük və Kiçik Qaladərəsi kəndləri istiqamətində həlqəni bir az da daraltdığı bildirilib.
Xatırladaq ki, sözügedən kəndlərdə, o cümlədən Sarıbaba və Onverst kəndlərində 1991-ci ilin may ayında da “Həlqə” əməliyyatı keçirilmiş, separatçılar oradan qovulmuşdu.
Qeyd edək ki, dünən Ordumuz Laçın şəhəri - Kiçik Qaladərəsi kəndi istiqamətində 1516 metr və 1686 metr yüksəkliklərini nəzarətə götürüb.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı