Türkiyə xilasediciləri tərəfindən Egey dənizində 50 qeyri-qanuni miqrant xilas edilib.
BUTA.TV Tükiyə mediasına istinadən xəbər verir ki, Somali, Eritreya və Yəməndən olan miqrantların olduğu qayıq Yunanıstan tərəfindən Türkiyənin ərazi sularına qovulub. Müvafiq məlumat daxil olduqdan sonra Türkiyə sahil mühafizəsinin qayığı miqrantların yanına göndərilib.
Miqrantlar xilas edilərək sahilə çıxarılıb.
Müvafiq prosedurlardan keçdikdən sonra bütün qeyri-qanuni miqrantlar Miqrasiya İdarəsinə aparılıb.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı