Fransa xarici işlər naziri Katrin Kolonna bu gün İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb.
BUTA.TV xəbər verir ki, Paşinyan görüş zamanı Fransaya Cənubi Qafqaz probleminə, Qarabağ və Laçında yaranan son vəziyyətə göstərdiyi “xüsusi diqqətə” görə təşəkkür edib.
Kolonna isə öz növbəsində Fransanın Ermənistanın dostu olduğunu bildirib:
“Fransa Ermənistanın yanındadır. Biz sizinləyik, ədalətli və sabit sülh axtarışında apardığınız islahatları, səyləri və işləri dəstəkləyirik”.
Qarabağ məsələsinə gəldikdə isə tərəflər bildiriblər ki, Azərbaycan beynəlalq məhkəmənin Laçın dəhlizi ilə bağlı qərarını yerinə yetirməlidir. O cümlədən Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin qurulmasını 10 noyabr 2020-ci il bəyanatına zidd adlandırıblar.
Eyni zamanda, Ermənistan və Azərbaycan arasında münasibətlərlə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Kolonna İrəvana Bakıdan gedib.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı