İçərişəhərdə keçiriləcək Milli Kitab Sərgisinə hazırlıq başlayıb.
Kult.az xəbər verir ki, bu barədə “Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu məlumat yayıb.
Sərginin keçiriləcəyi məkanla tanış olan naşir bildirib ki, sərgi Qoşa Qala qapısından Zərdabi heykəlinədək uzanan meydanda baş tutacaq.
“Təqdimatlar, müzakirələr, çıxışlar üçün Bakı Foto Evi, Maqsud İbrahimbəyovun ev muzeyi, Zərdabi dəhlizi də Milli Kitab Sərgisinin ixtiyarına veriləcək. Bəzi təqdimatlar isə açıq havada, qədim şəhərin müxtəlif məkanlarında olacaq”, - Ş.Xuduoğlu qeyd edib.
Xatırladaq ki, sərgi 27 may-4 iyun tarixlərində keçiriləcək.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı