Yaxın zamanlarda Ermənistanın danışıqlar masasına qayıtması gözlənilir.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə ötən ilin noyabrından bəri fiziki təmaslar olmayıb:
“Ancaq beynəlxalq təşkilatların təkidi nəticəsində yaxın zamanlarda Ermənistanın danışıqlar masasına qayıtması gözlənilir. Nəqliyyat-kommunikasiya xətlərinin açılması və delimitasiya prosesi olduqca vacib məsələdir”.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı