Dünya şöhrətli futbolçu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigeslə münasibətlərində problemlər yarandığı iddia edilib.
BUTA.TV xəbər verir ki, uzun müddətdir sevgili olan ikili ayrılmaq həddinə çatıb.
Şayiələrin yaranmasına səbəb Ronaldo və Corcinanın təyyarədə aralarında mübahisənin yaşanması olub. Bildirilib ki, Ronaldo bu münasibətdə xoşbəxt deyil. Buna səbəb isə Corcinanın gününü ticarət mərkəzlərində keçirməsi, çox pul xərcləməsi və ancaq alış-verişlə məşğul olmasıdır. Bundan başqa, ayrılığın gerçəkləşəcəyi təqdirdə Ronaldonun Corcinaya 350 milyon avro ödəyəcəyi deyilir. Qeyd edək ki, cütlük 8 ildir birlikdədir və hazırda Səudiyyə Ərəbistanında yaşayırlar. İkilinin 2, futbolçunun isə ümumilikdə 5 övladı var.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı