Türkiyədə 14 may tarixində keçiriləcək prezident və parlament seçkisinə səsvermə prosesi xaricdə və sərhəd məntəqələrində başlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə TRT məlumat yayıb.
“75 ölkədə 156 seçki məntəqəsi açılıb. Məntəqələr Türkiyənin diplomatik nümayəndəliklərində yerləşir. Ölkənin sərhəd-keçid məntəqələrində, quru keçid məntəqələrində, hava limanlarında və dəniz limanlarında xaricə gedənlərin iradəsini ifadə etmək üçün 4,6 min məntəqə yaradılıb. Ümumilikdə Türkiyədən kənarda 3,6 milyondan çox vətəndaş səs verə bilər. Xaricdə və sərhəd-keçid məntəqələrində səsvermə proseduru mayın 9-dək davam edəcək, bundan sonra bütün bülletenlər hesablanaraq MSK-ya göndəriləcək. Seçki məntəqələri 24 saat açıq olacaq. Hazırkı seçkidə ilk dəfə olaraq 277 mindən çox türk xaricdə səs verə biləcək”, - məlumatda deyilir.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı