5 yaşlı uşaq I sinfə gedə bilməz. Onlar məktəbəhazırlıq qruplara qəbul ola bilərlər və prosesə avqust ayında başlayacaq.
BUTA.TV xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov “Təhsil masası”nda deyib.
Nazirlik rəsmisi bildirib ki, məktəbəhazırlıq qrupuna cəlb edilən uşaq təhsilini elə həmin məktəbdə davam etdirərsə, sistem özü həmin valideynin övladını avtomatik qeydiyyata salır.
Qeyd edək ki, mayın 11-dən 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı