Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın infark keçirməsi yönündə yayılan məlumatlar həqiqəti əks etdirmir.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin məlumatında deyilir.
“Bəzi sosial media səhifələrində R.T.Ərdoğanın infarkt keçirməsi və xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan məlumatlar doğru deyil. Hörmətli Prezident R.T.Ərdoğan sabah “Akkuyu” AES-ə nüvə yanacağının yüklənməsi mərasiminə onlayn formatda qatılacaq”, - deyə bildirilib.
Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin bir neçə media orqanına müsahibə verərkən, özünü yaxşı hiss etmədiyini deyib və yayım dayandırılıb. Daha sonra yayım bərpa edilib.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı