Bir neçə gün əvvəl Bakı Qarabağın əsas nəqliyyat arteriyası olan Laçın dəhlizini nəzarət altına aldı.
BUTA.TV xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin sabiq müşaviri Aleksey Arestoviç sosial şəbəkə hesabında yazıb.
“İki il yarım əvvəl atəşkəs razılaşması imzalananda, azərbaycanlılar ruh düşkünlüyünə qapılıb “sonda qədər döyüşmədik” deyəndə mən onlara dedim: Bu, hələ başlanğıcdır. Hər şey sizin olacaq. Qarşınızda duran məsələlərin həlli üçün sizə 5 il lazım olacaq və bu 5 il artıq planlaşdırılıb.
Bu gün Əliyev bir daha parlaq səviyyəli uzunmüddətli oyun nümayiş etdirir. Buna ancaq qibtə etmək mümkündür”, - Arestoviç qeyd edib.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı